İsrail XİN: "Fələstinin BCM-ə müraciət etməsi hüquqi qüvvəyə malik deyil"

Fələstinlilərin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməsi hüquqi qüvvəyə malik deyil.

Fələstinlilərin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməsi hüquqi qüvvəyə malik deyil.

Bu barədə İsrail Xarici İşlər Nazirliyinin bu gün yayılan bəyanatında bildirilir.

"Fələstinlilərin müraciəti hüquqi baxımdan əsassızdır. BCM-in isə İsrail-Fələstin məsələsi ilə bağlı heç bir səlahiyyəti yoxdur. Çünki İsrail Məhkəmənin üzvü deyil, Fələstin muxtariyyəti isə dövlət deyil", - bəyanatda deyilir.

Qeyd edək ki, daha əvvəl Fələstin BCM prokurorluğuna ölkə ərazisindəki vəziyyətin araşdırılmasına dair sorğu göndərib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31