Ərdoğan: "BMT qüvvələrinə atəş açmaq asan olmayacaq”
“Türkiyə İsraillə iqtisadi əlaqələrini təkrar nəzərdən keçirəcək”.
22 May 2018 14:25 Dünya"Türkiyə İsraillə iqtisadi əlaqələrini təkrar nəzərdən keçirəcək".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, iyunun 24-ü keçiriləcək prezident və parlament seçkilərindən sonra Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək: "Ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da İsrailin ticarət blokadasına salınmasına qərar verəcək".
Ərdoğanın sözlərinə görə, İƏT-in son sammitində fələstinlilərin müdafiəsi üçün BMT-yə sülhməramlı qüvvələrin yaradılması təklif edilib: "Biz hesab edirik ki, bu, İsrailin hərəkətlərinin qarşısını alacaq və onlar üçün BMT qüvvələrinə atəş açmaq asan olmayacaq".
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31