Rusiyada YENİ PUL - plastik əskinaslar təqdim olundu
22 May 2018 14:19 DünyaRusiya Mərkəzi Bankı futbol üzrə dünya çempionatına həsr olunmuş plastik xatirə əskinasını təqdim edib.
Əskinas 100 rubl dəyərindədir.
Bu əskinaslar 20 milyon tirajla buraxılacaq və iyunun sonunadək Rusiyanın bütün regionlarına göndəriləcək.
Plastik əskinasları kredit təşkilatları müştərilərə təqdim edəcək.
Qeyd edək ki, 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31