Ermənistanlı bankir ölkədən 10 milyard dollar çıxarıb?
22 May 2018 13:06 DünyaErmənistan KİV-də Mərkəzi Bankın rəhbəri Artur Cavadyanın ölkədən 10 milyard dollar çıxarması ilə bağlı iddialar yayılıb.
TASS xəbər verir ki, Mərkəzi Bankın rəhbəri parlamentə verdiyi illik hesabatda bu iddiaları rədd edib.
"Ölkədən 10 milyard çıxarmağımla bağlı yayılan şayiələr barəsindən onu deyə bilərəm ki, bu düzgün məlumat deyil, bizim ölkədə bu qədər məbləğdə pulu olan bir nəfər belə sahibkar yoxdur" , - deyə Cavadyan bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan, yaxın zamanda korrupsiyaya qurşanmış keçmiş dövlət məmurlarının talan etdiyi pulların ölkə büdcəsinə qaytarılacağını bəyan edib.
Mərkəzi Bankın rəhbəri, bu məsələ ilə bağlı xüsusi xidmət orqanı ilə informasiya mübadiləsi apardıqlarını qeyd edib.
Virtualaz.org