Ermənistanda nazirlərin andiçməsi keçirildi
Ermənistanda yeni təsdiqlənmiş nazirlərin andiçmə mərasimi keçirilib.
22 May 2018 11:55 DünyaErmənistanda yeni təsdiqlənmiş nazirlərin andiçmə mərasimi keçirilib.
Ölkə tarixində ilk dəfə olaraq Prezident iqamətgahında yeni nazirlərin andiçməsi təşkil olunub. Nazirlər öz vəzifələrini vicdanla yerinə yetirəcəkləri barədə and içiblər.
Nazirlər onlara göstərilən yüksək etimadı doğrultmağa, ümummilli məqsədlərə - ölkənin güclənməsinə, qanunların aliliyinə hörmətlə yanaşmağa və xalqın etimadını qazanmağa nail olacaqlarına söz veriblər.
Xatırladaq ki, Ermənisistanda "məxməri inqilab" nəticəsində baş nazir seçilən Nikol Paşinyan Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31