Milyarderlər üçün qapılar bağlandı - gözlənilən oldu
Britaniyanın Solsberi şəhərində Rusiya kəşfiyyatının sabiq polkovniki Sergey Skrimalın və qızının əlahiddə təhlükəli zəhərli maddə olan "Noviçok"la zəhərlənməsindən sonra Britaniya Rusiyaya qarşı ciddi sanksiyaların tətbiqinə başlamışdı.
22 May 2018 11:25 DünyaBritaniyanın Solsberi şəhərində Rusiya kəşfiyyatının sabiq polkovniki Sergey Skrimalın və qızının əlahiddə təhlükəli zəhərli maddə olan "Noviçok"la zəhərlənməsindən sonra Britaniya Rusiyaya qarşı ciddi sanksiyaların tətbiqinə başlamışdı.
Solsberidəki sui-qəsd cəhdi Moskva üçün gün keçdikcə daha ağır nəticələr verməyə başlayır. Belə ki, Britaniyada əslən Rusiyadan olan iş adamlarının varidatının mənşəyi, pullarının mənbəyi yoxlanılmağa başlayıb.
İlk olaraq, zərbə milyarder Roman Abramoviçə dəyib. "Çelsi" klubunun sahibi olan Abramoviç komandasının İngiltərə Kubokundakı final matçını belə, seyr edə bilməyib.
"Çelsi" həmin matçda "Mançester Yunayted"i 1:0- hesabla məğlub edərək Kuboka yiyələnib.
12 milyard dollarlıq sərvət sahibi olan Abramoviç şəxsi Boeing-767 təyyarəsində aprelin 1-də Britaniyanı tərk edib və o vaxtdan bəri Londona dönməyib.
Abramoviçin Britaniya vizasının müddəti aprelin sonunda başa çatıb, yenisi isə ona hələ verilməyib.
Abramoviç ilk dəfə deyil ki, Britaniya vizasını uzadır, lakin bu dəfə yubanma baş verib, söhbət viza müraciətinə rədd cavabdan getmir.
Britaniya hökümətinin saytında bildirilib ki, investor vizası ilk dəfə 40 ay müddətinə verilir və bundan sonra 2 il müddətinə uzadıla bilər.
Viza müraciətinin baxılması müddəti 3 həftəyə qədərdir.
Biznesmenin rəsmi nümayəndəsi John Mann məsələ ilə bağlı şərh verməyib.
Martın sonunda Britaniya investorlara vizaların verilməsinə dair dövlət proqramını yenidən nəzərdən keçirəcəyini bildirmişdi.
"Arsenal" futbol klubunun səhmlərinin 30 fazinin sahibi, özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun da Britaniyaya "qayıdışı" müşkül işə dönür.
Rusiyalı milyarderlər Mixail Fridman, İqor Şuvalov və Oleq Deripaska da analoji problemlərlə qarşılaşıblar.
Milli.Az