Vladimir Putinin "canlı yayımı" ilk dəfə studiyada tamaşaçı olmadan keçiriləcək
Rusiya prezidenti Vladimir Putinin illik xalqa müraciəti iyunun 7-də keçiriləcək.
21 May 2018 16:46 DünyaRusiya prezidenti Vladimir Putinin illik xalqa müraciəti iyunun 7-də keçiriləcək.
Hazırlıq prosesi ilə tanış olan və anonim qalmasını istəyən iki mənbənin bildirdiyinə görə, bu il 17 il ərzində ilk dəfə "canlı yayım" studiyada tamaşaçı olmadan keçiriləcək.
Qeyd olunur ki, Kreml maksimum dərəcədə teletamaşaçıların sullarına diqqət ayırmaq üçün bu yola əl atıb.
Xatırladaq ki, "canlı yayım" Rusiyanın prezidentinin canlı yayımda vətəndaşlardan suallarını cavablandırdığı xüsusi proqramdır.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31