Türk alimlər yeni bakteriya tapdılar

Türkiyə Ege Universitetinin tibb fakültəsinin tibbi mikrobiologiya kafedrasının üzvü Professor Çingiz Çavuşoğlunun rəhbərlik etdiyi alimlər heyəti indiyə qədər tibb aləminə məlum olmayan yeni bakteriya növünü taparaq elmə qazandırıblar.

"Mycobakterium  Celeriflavum" bakteriyası ağciyər infeksiyasına səbəb olan indiyə qədər elmdə müəyyən edilməyən bir bakteriyadır. İndi isə türk həkimlərinin uzun illər apardıqları tədqiqat nəticəsində bu bakteriyaya yoluxan insanlar az bir zaman içində müalicə edilə biləcəklər. Ege Universitetinin rektoru professor Necdet Budaq Tibbi Mikrobiologiya Laboratoriyasının elmi heyəti ilə görüşərək professor Çingiz Çavuşoğlunu və laboratoriyada çalışanları təbrik edib. Laboratoriyanın etdiyi elmi kəşflə iftixar etdiyini bildirib.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31