Türkiyə prezidentliyinə namizəd: "Seçilərəmsə, Əsədi Ankaraya dəvət edəcəm"

Türkiyə prezidentliyinə namizəd, “Vətən” partiyasının lideri Doğu Perinçek seçkilərdə qalib gələcəyi təqdirdə Suriya ilə münasibətləri normallaşdırmağa başlayacağını deyib.

Türkiyə prezidentliyinə namizəd, "Vətən" partiyasının lideri Doğu Perinçek seçkilərdə qalib gələcəyi təqdirdə Suriya ilə münasibətləri normallaşdırmağa başlayacağını deyib.

O, bildirib ki, prezident seçildikdən sonrakı gün Suriya Prezidenti Bəşər Əsədi Ankaraya dəvət edəcək:

"Suriya münaqişəsinin həllinin açarı Rusiya-Türkiyə dostluğudur. Mən prezident seçilsəm, növbəti gün Bəşər Əsədi Türkiyəyə dəvət edəcəyəm və onu şəxsən Ankara hava limanında qarşılayacağam. Beləliklə, biz Türkiyə ilə Suriya arasındakı münasibətləri bərpa edəcəyik və eyni zamanda Ankara-Dəməşq-Moskva müstəvisində Rusiya ilə münasibətləri möhkəmləndirəcəyik".

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31