Tramp siyasi rüsvayçılıqdan ehtiyat edir

ABŞ prezidenti Donald Tramp iyunun 12-də planlaşdırılan Şimali Koreya lideri Kim Çen In ilə görüşündən çox narahatdır.

ABŞ prezidenti Donald Tramp iyunun 12-də planlaşdırılan Şimali Koreya lideri Kim Çen In ilə görüşündən çox narahatdır. 

Bununla bağlı "The New York Times" nəşri şəxsi mənbəsinə istinadla məlumat yayıb. 

Xüsusilə, Tramp ona qarşı siyasi rüsvayçılığa düçar ola bilər. Ağ Evin rəhbəri bu riski üzərinə götürməklə bağlı köməkçiləri ilə müzakirələr aparır. 

Mənbənin sözlərinə görə, ABŞ prezidenti Pxenyanın danışıqlardan imtinaya hazır olması ilə bağlı bəyanatından çox qəzəblənib. Tramp Cənubi Koreya prezidenti Mun Çje İnə zəng edərək, Kimin sözlərinin əvvəlkilərdən fərqlənmə səbəblərini aydınlaşdırmağa çalışıb. 

Bununla yanaşı, ABŞ prezidentinin müşavirləri Trampın bu sammitə çox maraq göstərməsindən təəssüfləndiklərini açıqlayıblar. 

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31