Seçkilərdən sonra Türkiyə NATO-dan çıxır?
Türkiyə prezidentliyinə namizəd, “Vətən” partiyasının lideri Doğu Perinçek bu vəzifəyə seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxacağını bildirib.
21 May 2018 12:27 DünyaTürkiyə prezidentliyinə namizəd, "Vətən" partiyasının lideri Doğu Perinçek bu vəzifəyə seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxacağını bildirib.
D.Perinçek Türkiyə ilə bu qurum arasında münasibətlərin yaxşı olmadığını deyib:
"Türkiyə NATO-nun üzvü olsa da, NATO ölkəmizi düşmən olaraq görür. Bir müddət əvvəl alyansın keçirdiyi təlimlərdə Atatürk və Türkiyənin indiki prezidenti hədəf kimi göstərilmişdi. Biz hakimiyyətə gələndə Türkiyə NATO-dan çıxacaq, ABŞ təyyarələri İncirlik bazasını tərk edəcək və Türkiyədə Amerika hərbi mövcudluğu qalmayacaq".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31