Moskvada naməlum şəxs ticarət mərkəzində atəş açıb

Rusiya paytaxtı Moskvada naməlum şəxs ticarət mərkəzində atəş açıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Rusiya paytaxtı Moskvada naməlum şəxs ticarət mərkəzində atəş açıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Qeyd olunur ki, hadisə Tişinskaya meydanında yerləşən ticarət kompleksində baş verib. Gənc adam xuliqanlıq məqsədi ilə 43 yaşlı mühafizəçiyə atəş açıb, ardından şüşə qapını qıraraq qaçmağa çalışıb. Mühafizəçi onu tutmağa çalışan zaman gənc oğlan ona iki dəfə atəş açıb.

İ.Volkun bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinə gələrək 29 yaşlı Moskva sakinini saxlayıblar.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31