Türkiyəyə məxsus sərnişin təyyarəsi Rusiyada məcburi eniş edib
Türkiyənin "Onur Air" aviaşirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi Antalya-Çelyabinsk reysini yetirə yetirərkən Volqoqradda (Rusiya) məcburi eniş edib.
21 May 2018 11:41 DünyaTürkiyənin "Onur Air" aviaşirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi Antalya-Çelyabinsk reysini yetirə yetirərkən Volqoqradda (Rusiya) məcburi eniş edib.
Buna səbəb təyyarənin salonunda təzyiqin düşməsi olub.
Eniş zamanı xəsarət alan olmayıb. Sərnişinlər otellərdə və hava limanının terminallarında yerləşdiriliblər. Onları mənzil başına çatdırmaq üçün əlavə təyyarə göndərilib.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31