Rusiyada TƏHLÜKƏ - 90 min nəfəri gənə dişlədi

Rusiyada son iki ay ərzində 90 min nəfərə yaxın insan gənə dişləmələri səbəbindən həkimə müraciət edib.

Həkimə müraciət edənlər arasında borrelioz, erlixioz, anaplazmoz kimi xəstəliklər aşkarlanıb.

Buna baxmayaraq, Rusiya Səhiyyə Nazirliyi ötən ilin müvafiq dövrünə nisbətən gənə dişləmələrinin 5 faiz azaldığını bəyan edib.

Ən çox gənə dişləmələri Kemerovsk, İrkutsk, Sverdlovsk, Sankt-Peterburq və Altayda qeydə alınıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31