Netanyahu İsrail ordusunun Qəzza zolağında hərəkətlərini müdafiə edib
Qəzza zolağında nümayişçilərin dağıdılması dövlətin sərhədlərini qorumaq üçün tədbirdir. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu özünün “Tvitter” səhifəsində yazıb.
14 May 2018 23:59 DünyaQəzza zolağında nümayişçilərin dağıdılması dövlətin sərhədlərini qorumaq üçün tədbirdir.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu özünün "Tvitter" səhifəsində yazıb.
"Hər bir ölkə öz sərhədlərini qorumalıdır. Həmas İsrailin məhv edilməsi və minlərlə insanı öldürmək niyyətində olduğunu bəyan edir. Biz suverenliyimizi və vətəndaşlarımızı qorumaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcəyik", baş nazir yazıb.
Qeyd edək ki, bu gün Qəzzada İsrail hüquq-mühafizə orqanları ilə toqquşmalarda 52 fələstinli ölüb, 2500-ə yaxını yaralanıb.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31