Fələstində 3 günlük matəm və ümummilli tətilin başlanmasını elan edilib

Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.

Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.

Bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.

Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar  ümummilli tətilin başlanmasını elan edib.

Qeyd edək ki, son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31