Cənubi Afrika Respublikası Qəzzadakı hadisələrə görə İsraildəki səfirini geri çağırıb

Cənubi Afrika Respublikası (CAR) Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb.

Bunu CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bəyan edib.

"İsrailin son hücumlarının ciddiliyini nəzərə alaraq CAR İsraildəki səfirini təcili geri çağırmağı qərara alıb", deyə nazirliyin rəsmisi qeyd edib.

O əlavə edib ki, CAR hökuməti İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında  həyata keçirilən qəddar təcavüz aktını ən qəti şəkildə pisləyir.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31