ABŞ-ın Qüds qərarına daha iki ölkə qoşuldu – “Say artacaq”

ABŞ-la yanaşı Qvatemala və Paraqvay da səfirliklərini Təl-Əvivdən Qüdsə köçürəcək.

Bunu "RİA Novosti"yə İsrailin XİN rəhbəri Emmauel Nahşon söyləyib.

"Bizdə səfirliklərini Qüdsə köçürmək istəyən digər dövlətlər barəsində məlumat var. Belə həssas dönəmdə mən adları açıqlaya bilmərəm, onlara beynəlxalq təzyiq göstərilə bilər. Ümid edirəm ki, ilin sonuna kimi bu ölkələrin sayı artacaq",- deyə o bildirib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31