İsrail ordusu açdığı atəşlə 28 fələstinli həlak olub
ABŞ İsraildəki səfirliyini Qüdsə köçürməsi Qəzza sektorunda toqquşmalara səbəb olub.
14 May 2018 17:20 DünyaABŞ İsraildəki səfirliyini Qüdsə köçürməsi Qəzza sektorunda toqquşmalara səbəb olub.
Qəzza sektorunda İsrail ordusu ilə fələstinlilər arasında toqquşma baş verib. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İsrail ordusu da onlara odlu silahdan atəş açıb. Ordunun açdığı atəş nəticəsində 28 fələstinli həlak olub. Bildirilir ki, toqquşmalar nəticəsində 390 fələstinli yaralanıb.
Azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31