ABŞ Astana sammitindən imtina etdi
14 May 2018 16:50 DünyaABŞ Astana sammitində iştirak etməyəcək.
Bu barədə informasiyanı Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anuar Jaynakov yayıb.
O, Vaşinqtonun Astana danışıqlarının 9-cu raundunda iştirakdan imtina etməsinin səbəbini açıqlamadığını deyib.
Qeyd edək ki, Suriya böhranının həlli üzrə Astana sammiti bu gün başlayıb. Görüşdə Rusiya, Türkiyə, İran, Suriya hökuməti və müxalifəti iştirak edir.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31