Britaniya səfirliyini Qüdsə köçürməyəcək
Böyük Britaniya İsraildəki səfirliyinin binasını Qüdsə köçürməyəcək.
14 May 2018 16:07 DünyaBöyük Britaniya İsraildəki səfirliyinin binasını Qüdsə köçürməyəcək.
Bunu Britaniyanın baş naziri Tereza Meyin sözçüsü bldirib.
"Krallıq ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərara qoşulmur", - o vurğulayıb.
Qeyd edək ki, mayın 14-də ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçiriləcək. Bu tədbirə etiraz olaraq Fələstinin Qəzza zolağında aksya keçirilib. İsrail sərhədçilərinin açdığı atəş nəticəsində 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Onların arasında güllə yarası alan da var.
"Report" "Haberturk"ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31