Ərdoğandan Qüds açıqlaması: "ABŞ problemin bir parçası olmağı seçdi"
14 May 2018 16:01 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsi qərarını dəyərləndirib.
Ərdoğan "Özümüzü 2-ci Dünya Müharibəsi öncəsinin qaranlıq günlərindəki kimi hiss etməkdən saxlaya bilmirik" deyib. ABŞ-ın münaqişənin həllinin deyil, problemin bir parçası olmağı seçdiyini bildirən Ərdoğan Trampın rəhbərlik etdiyi hakimiyyətin Yaxın Şərqdə barış müddətindəki vasitəçilik rolunu itirdiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, bu gün ABŞ-ın İsraildəki səfirliyi Təl-Əviv şəhərindən Qüdsə köçürülür. Səfirliyin açılışına Donald Tramp qatılmayacaq.
Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31