Ərdoğandan Trampın qərarına rədd cavabı
14 May 2018 15:39 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfirliyini Qüdsə köçürən ABŞ-a etirazını bildirib.
Ərdoğan amerikalı həmkarı Donald Trampın bu qərarını rədd etdiklərini deyib:
"Qüdsün statusunu dəyişmə planları bütün dünyanın sərt reaksiyasına baxmayaraq, həyata keçirilir. Səfirliyin köçürülməsi qərarı bədbəxtçilikdir. Bu qərarı rədd edirik".
Qeyd edək ki, ABŞ öz səfirliyini İsrailin Fələstin torpaqlarında paytaxt elan etdiyi Qüds şəhərinə köçürmək qərarı alıb.
Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31