Hər iki ayağını itirən təqaüdçü Everest zirvəsini fəth etdi
14 May 2018 15:31 Dünya70 yaşlı çinli alpinist Sya Boyuyun iki ayağı da amputasiya edilib.
Bununla belə, Sya dünyanın ən hündür zirvəsi olan Everstə çıxan ilk əlil olub. O, dağa Nepal tərəfdən qalxıb.
Bu vaxta qədər isə Everst zirvəsinə iki ayağı olmadan Tibet tərəfdən qalxan alpinist isə Yeni Zelandiya sakini Mark İnqlis olub. O, 2006-cı ildə bu uğura imza atıb.
Nepalın Ali Məhkəməsi ayağı olmayan əlillər və korlar üçün Everestə qalxmağa icazə verdikdən sonra çinli alpinist ekspedisiya üçün Nepal hökumətinə müraciət edib. Müraciəti müsbət qarşılandıqdan sonra ekspedisiyaya başlayıb.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31