Yerevanda daha bir etiraz aksiyası keçirilir

Ermənistanın paytaxtı Yerevanda bir qrup sakin etiraz aksiyası keçirir.

Sakinlər Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər. Onlar bu məqsədlə Baş Prokurorluğun binası qarşısında toplaşıb, etiraz şüarları səsləndirirlər.

Şüarlarda və plakatlarda siyasi məhbusların və "Sasna Tsrer"in məhkum olunmuş üzvlərinin azadlığa buraxılması tələbləri də yer alır.

Sputnik

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31