Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsinin əleyhinə aksiya keçirirlər, xəsarət alanlar var
14 May 2018 13:14 DünyaQüdsdə ABŞ səfirliyinin açılmasının əleyhinə etiraz aksiyaları davam edir.
Dünəndən başlayan aksiyalar Qəzza zolağı ilə sərhəddə davam etdirilir.
İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma nəticəsində 22 fələstinlinin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, ABŞ dövlət başçısı Donald Trampın 6 dekabr 2017-ci il tarixli qərarına əsasən bu gün ABŞ-ın İsraildəki səfirliyi Yerusəlimə (Qüds) köçürüləcək. Səfirliyin açılışında Trampın kürəkəni və müşaviri Cared Kuşner və xanımı İvanka Tramp, habelə İsrail prezidenti Reuven Rivlin və baş nazir Benyamin Netanyahu iştirak edəcəklər.
APA-nın "Haaretz"ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31