Tbilisidə kütləvi aksiya iştirakçıları bir həftəlik fasilə elan ediblər
14 May 2018 11:39 DünyaTbilisidə son iki gün ərzində gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya başa çatıb.
Aksiyanın təşkilatçısı olan "Ağ səs-küy" hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir.
O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər.
Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31