Sergey Lavrov: "İranın nüvə proqramı ilə bağlı böhran vəziyyət yaranıb"
14 May 2018 11:33 DünyaRusiya, "avroüçlük" (Fransa, Almaniya, Böyük Britaniya), İran və Çin rəsmi Tehranın nüvə proqramı ilə bağlı sazişin yerinə yetirilməsinin tərəfdarıdır.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşdə bildirib.
"Rusiyanın bu müqavilədə müəyyən edilmiş qanuni maraqları var və onları müdafiə etməliyik", - S.Lavrov deyib.
Onun sözlərinə görə, Vaşinqton nüvə sazişindən çıxmaqla əsas beynəlxalq müqavilələri yenidən nəzərdən keçirmək istəyir.
Rusiyalı nazir həmçinin İranın nüvə proqramı ilə bağlı vəziyyətin böhran xarakterli olduğunu vurğulayıb.
İranın xarici işlər naziri M.C.Zərif isə, öz növbəsində, ABŞ üçün beynəlxalq qaydalara etinasızlığın vərdiş halını aldığını söyləyib.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31