Türkiyədə 72 polkovnikin tutulması barədə sanksiya verilib

Türkiyə Silahlı Qüvvələrinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinən 72 polkovnikinin tutulması barədə sanksiya verilib.

Onların tutulması ilə bağlı qərarı Ankara Prokurorluğu çıxarıb.

Hüquq-mühafizə orqanları polkovniklərin saxlanılması üçün Türkiyənin 14 əyalətində əməliyyat keçirib.

Tutulması barədə qərar çıxarılan polkovniklərdən 25-i hazırda orduda xidmət edir, 47-si isə istefadadır.  

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31