Spiker canlı yayımda hönkür-hönkür ağladı - VİDEO
Super Liqada mübarizə aparan “Konyaspor” liqada qalmağı təmin edib. Ötən gün keçirilən matçlarda “Beşiktaş” “Osmanlıspor”u 3:2 hesabı ilə məğlub edib, “Alanyaspor” isə “Sivasspor”la bərabərə qalıb.
14 May 2018 11:07 DünyaSuper Liqada mübarizə aparan "Konyaspor" liqada qalmağı təmin edib.
Ötən gün keçirilən matçlarda "Beşiktaş" "Osmanlıspor"u 3:2 hesabı ilə məğlub edib, "Alanyaspor" isə "Sivasspor"la bərabərə qalıb.
Matçların nəticəsinə görə, Konya təmsilçisi liqada qalmağı təmin edib. Konyanın yerli televiziyası "KonTV"nin spikeri Mustafa Durmuş isə matçlar haqqında bilgi verərkən göz yaşlarını saxlaya bilməyib. Spiker canlı yayımda hönkür-hönkür ağlayıb.
O anların görüntüləri sosial mediada yüzlərlə insan tərəfindən paylaşılıb.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31