Bir ailənin üzvləri 3 kilsəni partlatdı

İndoneziyada 3 kilsəyə hücumu bir ailənin üzvləri edib. Polis rəisi Tito Karnaviananın sözlərinə əsasən, ailə “JAD” terror qruplaşmasının üzvü olub. Onlar İndoneziyaya bu yaxınlarda Suriyadan qayıdıblar.

İndoneziyada 3 kilsəyə hücumu bir ailənin üzvləri edib.

Polis rəisi Tito Karnaviananın sözlərinə əsasən, ailə "JAD" terror qruplaşmasının üzvü olub. Onlar İndoneziyaya bu yaxınlarda Suriyadan qayıdıblar.

Məlumata əsasən, ailənin atası partlayıcı qurğu ilə avtomobildə kilsənin həyətinə daxil olub, onun 16 və 18 yaşlı oğulları motosikletlərdə digər kilsəyə partlayıcı qurğu ilə daxil olublar, ana isə 9 və 12 yaşlı qızları ilə birlikdə digər kilsədə özlərini partladıblar.

Qeyd edək ki, İndoneziyanın Yava adasında 3 kilsə partladılıb. Partlayışlar nəticəsində 13 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31