Rusiya və Ermənistan liderləri bu həftə Soçidə görüşür
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Soçidə ikitərəfli görüş keçirəcək. Danışıqların Avrasiya İqtisadi İttifaqı sammitinin “meydanları”nda aparılması planlaşdırılıb.
14 May 2018 09:10 DünyaRusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Soçidə ikitərəfli görüş keçirəcək.
Danışıqların Avrasiya İqtisadi İttifaqı sammitinin "meydanları"nda aparılması planlaşdırılıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, mayın 14-də keçiriləcək görüşdə tərəflər regional təhlükəsizliyin aktual məsələləri, həmçinin ikitərəfi gündəliyin əsas məsələlərini müzakirə edə biləcəklər.
Uşakovun sözlərinə görə, bu, Ermənistan baş naziri ilə ilk rabitə olacaq və bu özlüyündə iki ölkə rəhbərinin bir-biri ilə tanış olması baxımından vacibdir.
A24.az