Atatürk hava limanında təyyarələr toqquşdu - FOTO

Türkiyənin Atatürk hava limanında “Airbus 721” tipli təyyarənin quyruğuna Cənubi Koreyanın “Air Asiana” şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.

Türkiyənin Atatürk hava limanında "Airbus 721" tipli təyyarənin quyruğuna Cənubi Koreyanın "Air Asiana" şirkətinə məxsus təyyarənin qanadı çırpılıb

Hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hər iki təyyarəyə ziyan dəyib.

"Qafqazinfo" "Milliyet"ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31