Pakistanda körpü uçdu: 5 nəfər öldü
Bu gün Pakistanın cənubundakı Azad Kəşmir vilayətində Nilum çayı üzərindəki körpü uçub. Bu barədə “Pakistan Today” qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
13 May 2018 19:27 DünyaBu gün Pakistanın cənubundakı Azad Kəşmir vilayətində Nilum çayı üzərindəki körpü uçub.
Bu barədə "Pakistan Today" qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Körpünün uçmasına səbəb suyun güclü axını olub. Körpünün üzərində olan 25 nəfərdən 20-i çaya düşüb. Suya düşən 20 nəfərdən 5 nəfəri ölüb, 6 nəfər xilas edilib.
Xilasetmə əməliyyatı davam edir.
A24.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31