Almaniyanın baş naziri: "ABŞ-dan qorunmaq imkanımız yoxdur"

Almaniyanın xarici işlər naziri Heiko Maas ABŞ-ın İranla əldə edilən nüvə razılşamasından çəkilməsi və Tehrana yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı açıqlama verib. Nazir Amerikanın sanksiylarının bütün risklərinə qarşı şirkətləri qorumaq üçün asan həll yolunun olmadığını bildirib.

Almaniyanın xarici işlər naziri Heiko Maas ABŞ-ın İranla əldə edilən nüvə razılşamasından çəkilməsi və Tehrana yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı açıqlama verib.

Nazir Amerikanın sanksiylarının bütün risklərinə qarşı şirkətləri qorumaq üçün asan həll yolunun olmadığını bildirib.

"Bild am Sonntag" qəzetinə açıqlama verən Maas fransalı, ingiltərəli və iranlı həmkarları ilə bir araya gələcəyini qeyd edib. O, həmkarları ilə birlikdə İranın nüvə razılaşmasına sadiq qalmağı təmin etməyi hədəflədiklərini bildirib. Əlavə edib ki, İran bu mövzuda müzakirə görüşlərinə hazırdır. Ancaq bunun üçün iqtisadi təşviqatların qorunması tələb olunur ki, bu da ABŞ-ın elan etdiyi qərardan sonra asan başa gəlməyəcək.

Almaniyanın iqtisadiyyat və enerji naziri Piter Altmayer də verdiyi açıqlamada alan şirkətlərinin ABŞ hökuməti tərəfindən verlən qərardan qorunmaq üçün qanuni imkanlarının olmadığını demişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən həftə ölkəsinin İranla əldə edilən nüvə razılaşmasından geri çəkilmək qərarı aldığını bildirmişdi.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31