125 nəfər həlak oldu – QUM FIRTINASI SƏBƏBİ İLƏ
10 May 2018 13:50 DünyaHindistanın Uttar Pradeş əyalətində qum qasırğası və güclü yağış səbəbi ilə 73 nəfər həlak olub.
Olaylar.az türk mediasına istinadən bildirir ki, ötən həftə ölkənin şimal hissəsini əsir alan qum fırtınası 125 nəfərin ölümünə səbəb olub. Fırtına səbəbi ilə ərazidə ağaclar, elektrik dirəkləri aşıb, onlarla kərpic ev yaşanmaz hala gəlib.
Ölkənin Etavahda 4, Mathurada 3 və Agra, Aligarh, Kanpur ilə Firozabad bölgələrlərinin hər birində bir nəfərin həlak olduğu bildirlir. Ölkə rəsmiləri qeyd ediblər ki, qum fırtinası yüz milyondan çox insanın həyatını çətinləşdirib.
Ötən gün Qərbi Bengal əyalətində qum fırtınası səbəbi ilə ən azı 7 nəfərin həyatını itirdiyi və 15 nəfərin yaralandığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31