Əsəd Trampla görüşündən danışdı

"ABŞ-ın prezidenti Donald Trampla yaxın vaxtlarda görüşümün olacağına şübhə edirəm".

Bu haqda Suriya prezidenti Bəşər Əsəd bildirib.

"İstənilən görüşün nəticəsi olmalıdır, amma məlum deyil ki, belə ardıcıl siyasət aparmayan siyasətçi ilə buna nail olmaq olarmı", - Suriya lideri deyib.

Onun sözlərinə görə, Dəməşqdə Trampın ABŞ-a nəzarət etdiyinə inanmırlar.

"Hesab edirik ki, real dövlət ABŞ-ın istənilən prezidentinə nəzarət edir. ABŞ-da həmişə belə olub, ən azı son 40 ildə, Ricard Niksonun vaxtından. Ola bilər ki, indi bu proses daha intensivdir", - Əsəd vurğulayıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31