Rusiya Ukrayna şirkətlərinə Krıma görə kompensasiya ödəyəcək
10 May 2018 13:16 DünyaHaaqa Arbitraj Məhkəməsi bir neçə Ukrayna şirkətinin iddia ərizəsi üzrə qərar verib. Həmin şirkətlər Rusiyadan Krımın ilhaqına görə kompensasiya tələb ediblər.
Mayın 2-də arbitraj "məsuliyyət və zərər məsələlərinə dair yekdil qərar qəbul edib".
Ukrayna KİV-lərinin yazdığına görə, Krımın ilhaqına görə Rusiya bu ölkənin şirkətlərinə 159 milyon dolar kompensasiya ödəməlidir.
İddia ərizəsi 2015-ci ildə verilib. İddiaçı qismində "Everest Estate" şirkəti və daha 17 şirkət, həmçinin fiziki şəxs Aleksandr Dubilet çıxış ediblər. Onlar Krımın Rusiyanın tərkibinə daxil edilməsindən sonra yarımadanın iqtisadiyyatına yatırdıqları investisiyalarını itirdiklərini əsas gətiriblər.
Virtualaz.org "Life"a istinadən xəbər verir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31