Paşinyan MTX sədri ilə polis rəisinin istefasını tələb edir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin polis rəisinin və Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin istefasını tələb edir.

Bu barədə Paşinyan "Facebook" səhifəsində yazıb: "Elə indicə prezidentə Ermənistanın polis rəisi Vladimir Qasparyanın və MTX rəhbəri Georgi Kutoyanın istefası ilə bağlı məktub ünvanladım". 

Qeyd edək ki, Qasparyan 2011-ci ildən, Kutoyan isə 2016-cı ildən vəzifəsini icra edir. 

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31