Kiprdə sabiq məmur casusluqdan tutuldu

Quzey  Kıprıs  Türk Cümhuriyyətində 60 yaşında təqaüdə çıxmış sabiq gömrük əməkdaşı C.A gömrük və hərbi sənədləri Cənubi Kipr Yunan bölgəsinə ötürərkən yaxalanıb.

C.A nın bəzi hərəkətlərindən şübhələnən polis onu izləməyə başlayıb və şübhəli şəxsi  avtomobilindəki gizli bölməyə yerləşdirdiyi  dövlət sənədlərini yunan tərəfinə sərhəddən keçirməyə cəhd edərkən saxlayıb. Həbs edilən sabiq məmurun  avtomaşınında Qazımağusa limanındakı gəmi giriş və çıxışlarına aid gəmilərin istiqamət- hərəkət  cədvəlləri olan dəftərlər, hərbi və mülki təyinatlı sənədlər aşkarlanaraq götürülüb. Saxlanan  C.A  məhkəmədə verdiyi ifadələrdən sonra həbs edilib. Olayla əlaqədar cinayət işi açılıb.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31