Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxacağını bəyan edib

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxmasını bəyan etmək niyyətində olduğunu bildirib.

APA-nın xəbərinə görə, bu barədə "The New York Times" məlumat yayıb.

D.Tramp həmçinin əlavə edib ki, Vaşinqton İrana qarşı bütün sanksiyaları bərpa etmək və əlavə iqtisadi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31