Alyaska silkələndi

ABŞ-ın Alyaska ştatı sahillərində 5,5 bal gücündə zəlzələ olub.

ABŞ Geoloji Xidməti yeraltı təkanların yerin 10 kilometr dərinliyində, Kadyak adasından 287 kilometr məsafədə qeydə alınması barədə xəbər yayıb.

Zəlzələ səhər saatlarında olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31