Kim Çen hansı şərtlə nüvə silahından imtina edəcəyini açıqladı
8 May 2018 17:58 DünyaKXDR lideri Kim Çen In Çinin sədri Si Cinpinlə keçirdiyi görüşdə hansı şərtlər əsasında ölkəsinin nüvə silahlarından imtina edəcəyini açıqlayıb.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Şimali Koreya liderinin sözlərinə görə, bunun üçün bütün maraqlı tərəflər Pxenyana qarşı düşmən münasibətlərinə son qoymalıdır.
"Bütün maraqlı tərəflər Şimali Koreyaya qarşı düşmən siyasətindən imtina etməlidir, belə olan halda, KXDR-in nüvə silahına sahib olmasına lüzum qalmayacaq və denuklearizasiyanın baş tutması mümkün olacaq" , - deyə Kim Çen In bildirib.
In eyni zamanda dialoq yolu ilə Vaşınqtonla Pxenyan arasında qarşılıqlı etibarın bərqərar olacağına ümidvar olduğunu bildirib.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31