ABŞ xəfiyyələrini İrəvana göndərir – Ermənistanda MƏXFİ ƏMƏLİYYAT

ABŞ Federal Təhqiqatlar Bürosunun xəfiyyələri yaxın günlərdə Ermənistana səfər edəcək.

Bu barədə Ermənistanın "Jamanak" qəzeti şəxsi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı xəfiyyələr Ermənistandan qanunsuz kapital axınını araşdıracaqlar.

"FTB əməkdaşları erməni oliqarxları və vəzifəli şəxslərin Ermənistandan qanunsuz yolla qazandıqları pulları ABŞ-a köçürərək, "yumaları" məsələsi üzərində işləyirlər", - deyə məlumatda bildirilir.

Qəzet amerikalı xəfiyyələrin İrəvanda aparacaqları əməliyyatın məxfi olduğunu yazıb. Həmçinin, qeyd edib ki, bu əməliyyat Ermənistandakı oliqarxlar üçün ciddi zərbə olacaq.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31