Putin Paşinyanı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edib.

Kreml rəhbəri Paşinyana təbrik məktubunda bundan sonra da ölkələri arasında münasibətlərin ikitərəfli dostluq və əməkdaşlıq şəraitində davam edəcəyinə ümid etdiyini bildirib. 

Qeyd edək ki, müxalif lider Nikol Paşinyan bu gün Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində baş nazir seçilib. 

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31