Kainatın ən uzaq qalaktikasının fotosu çəkildi
8 May 2018 14:43 Dünya"Hubble" teleskopu Balıq bürcündəki nəhəng "RXC J0032.1+1808" qalaktikasının fotosunu əldə edib.
Qalaktika Süd Yolu qalaktikasından o qədər uzaqda yerləşib ki, onu ancaq qravitasiya linzaları ilə görmək mümkündür.
Bu müşahidə alimlərə Kainatda müşahidə edilən iki ən böyük struktur tapmağa kömək edib. Bu strukturlar Süd Yolunun hərəkətinə və yanında olan qalaktikaya təsir edir. Yeni struktur "Abell 3627" adlandırılıb.
Bu müşahidə qalaktikamızın digər qalaktikalara nisbətən niyə sürətlə hərəkət etdiyini anlamağa imkan yaradacaq.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31