Sarkisyanın qurtuluşu üçün SON ADDIM – 12 nəfərlik siyahı AÇIQLANDI
8 May 2018 14:06 Dünya"Dünən Serj Sarkisyanın rəhbərliyi ilə Ermənistanın Respublika Partiyasının icraçı orqanının iclasında partiyanın parlament fraksiyasının deputatlarından kimin Nikol Paşinyana səs verəcəyi uyğunlaşdırılıb".
Bu haqda "Joxovurd" qəzeti mənbələrinə istinadən yazıb.
Nəşrin yazdığına görə, Respublika Partiyasının deputatlarına siyahı təqdim edilib. "Joxovurd"un mənbələri iddia edir ki, Nikola Paşinyana əsasən partiyanın biznes qanadında yer alan 12 deputat və generallar səs verəcəklər.
Beləliklə, ehtimal ki, Samvel Aleksanyan, Aşot Arsenyan, Artur Qevorkyan, Seyran Saroyan, Naqapet Qevorqyan, Şırak Torosyan, Taçat Vardanyan, Arutün Karapoqosyan, Arkadi Ambartsumyan, Arsen Mixaylov, Knyaz Həsənov və həmçinin mayın 1-də keçirilən iclasda Paşinyana səs verən Feliks Solakyan müxalifətin yeganə namizədini dəstəkləyəcəklər.
Respublika Partiyasının fraksiyasının siyasi qanadına gəlincə, Arpin Ovannisyan, Eduard Şarmazanov, Armen Aşotyan, Qalust Saakyan, Vaqram Baqdasaryan və başqalar müxalifət liderinə qarşı səs verəcəklər.
Nəşrin yazdığına görə, Paşinyana səs verəcək 12 deputat partiyanın qurtuluşu üçün son addım kimi təqdim edilib.
Publika.az