Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqının daimi nümayəndələr komitəsi bu gün iclas keçirəcək.

Aİ-nin 28 ölkəsi Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini müzakirə edəcək. Yeni sanksiyalara səbəb isə Krımda prezident seçkilərinin keçirilməsidir.

Qeyd edilir ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyini, müstəqilliyini təhdid edən fəaliyyətlərə görə sanksiyalar tətbiq ediləcək. Artıq sanksiyaya məruz qalacaq şirkət və şəxslərin siyahısı hazırlanıb.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31