İsrail hərbçiləri 22 fələstinlini həbs etdi
8 May 2018 11:05 Dünyaİsrail hərbçiləri 22 fələstinlini terrorçuluq fəaliyyətində ittiham edərək həbs edib.
Həbslər İordan çayının Qərb sahilində keçirilən reydlər çərçivəsində aparılıb.
Həbs olunan fələstinlilərdən silah və hərbi texnika götürülüb.
Həbs olunanlar bu gün əkskəşfiyyat idarəsində sorğu-sual ediləcək.
Qeyd edək ki, 2015-ci ilin sentyabrından regionda vəziyyət gərginləşib. 2017-ci ilin sentyabrında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi vəziyyəti bir qədər də gərgin edib.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31