Çinin dövlət və partiya xadimi rüşvətxorluğa görə ömürlük azadlıqdan məhrum edilib

Çin Kommunist Partiyası Siyasi Bürosunun keçmiş üzvü Sun Çjentsay 170 milyon (22,2 milyon avro) rüşvət aldığı üçün ömürlük azadlıqdan məhrum edilib.

Bunu ölkənin məhkəmə nümayəndəsi bildirib. S.Çjentsay Çin Kommunist Partiyasının Çuntsin Şəhər Komitəsinin katibi olub. 2017-ci ilin iyulunda 54 yaşlı siyasətçi tutduğu vəzifədən kənarlaşdırılıb. İki ay sonra isə partiya sıralarından çıxarılıb. Çjentsayın bütün əmlakı müsadirə olunub. O, bütün siyasi hüquqlardan məhrum edilib.

Rəsmi məlumata əsasən, son 5 ildə Çində müxtəlif dövlət vəzifəsi tutan 1,3 milyondan çox məmur korrupsiyaya görə cəzalandırılıb. 

"Report" "DPA"ya istinadən xəbər verir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31